İdman

"Neftçi" üç əcnəbini transfer etdi

14 Feb 2026, 12:41 1 baxış
"Neftçi" üç əcnəbini transfer etdi
"Neftçi" PFK-nın əvəzedici heyəti üç yeni oyunçu ilə gücləndirilib. Oxu.Az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Belçika vətəndaşlığı olan qvineyaəsilli Mamadi Diavara, eləcə də nigeriyalı oyunçular - Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə cari mövsümün bitməsinə qədər rəsmi anlaşma əldə olunub. Müqavilənin şərtlərinə əsasən, klub tərəfi istədikdə, hər üç futbolçu ilə olan sözləşmənin müddətini daha 2 il uzatmaq hüququna malikdir. Xatırladaq ki, 19 yaşlı Diavara buna qədər Almaniyanın "Şalke 04" klubunun U-19 kollektivində forma geyinib. 18 yaşlı İstifanus Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" komandasından transfer edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər