İdman
Azərbaycanlı peşəkar döyüşçü Emil Novruzov: "Qələbəmi şəhidlərimizə həsr etməyim Rusiyada böyük səs-küyə səbəb oldu"
"Məşqlərimiz çox güclü şəkildə keçir. Müəllimlərimiz bizə çox diqqətlə yanaşırlar. Bir çox erməni rəqiblərim üzərində də qələbə qazanmışam". Bunu azərbaycanlı tanınmış döyüşçü Emil Novruzov ölkədə keçirilən təlim-məşq prosesi zamanı Baku TV-nin suallarını cavablandırarkən deyib.
Döyüşçü 2020-ci ildə karyerasında yeni mərhələnin başladığını qeyd edib: "2020-ci il iyunun 20-də açıq əllə, əlcəksiz boksla bağlı təklif gəldi və yarışlarda iştirak etməyə başladım. Final döyüşünə qədər irəlilədim. İkinci yerə çıxdım. Qələbəmi şəhidlərimizə və xalqımıza həsr etdiyim üçün Rusiyada böyük səs-küyə səbəb oldu". O, son döyüşü barədə də danışıb və zədəli olmasına baxmayaraq, qalib gəldiyini vurğulayıb: "Axırıncı döyüşə zədəli halda hazırlaşmışdım. Buna baxmayaraq, həm təşkilat, həm də rəqibim revanş görüşündə məni məğlub edəcəklərini düşünürdülər. Amma üç dəfə nokdaun edərək tam üstünlüklə qalib gəldim".

Mənbə
oxu.az