Reallıq budur ki, müharibə belə dayanmayacaq - Kuleba
Hazırkı mərhələdə müharibənin danışıqlar yolu ilə dayandırılacağına dair heç bir əsas yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində yazıb.
“Reallıq budur ki, diplomatiya münaqişəni dayandıra bilməyəcək. Hətta Kiyev Rusiyanın tələb etdiyi kimi Donbasın qalan hissəsini güzəştə getməyə razılaşsa belə, Kreml bundan narazı qalacaq”, - Kuleba məqalədə bildirib.
Keçmiş nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin özünü daimi müharibə vəziyyətinə salıb:
“O, iqtisadiyyatı yenidən qurub və müharibənin ən qızğın tərəfdarlarını hakimiyyətdə əsas fiqurlara çevirib. İndi isə müharibənin dayandırılması Rusiyadakı siyasi rejim üçün təhlükə yarada bilər”.