İdman

Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi

13 Feb 2026, 19:53 1 baxış
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi

Nəriman Axundzadəni «Kolumbus Kru»ya satan «Qarabağ»ın daha bir oyunçusuna yeni təklif gəlib. Daha dəqiq desək, təkliflər.


Axar.az Sportinfo-ya istinadla xəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.


Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri «köhlən atlar»a bu qədər təzminat ödəməyə hazırdır.


Sol cinah oyunçusunun «Qarabağ»la kontraktı gələn ilin yayında başa çatacaq. 2017-ci ildən burada çıxış edən 25 yaşlı Cəfərquliyev istəsəydi, əslində, çoxdan səsi «köhnə dünya»dan gələrdi.


İndiyədək ona o qədər çağırış gəlib ki! Heç birini dəyərləndirməyib.


Leandro Andrade də Asiyadan çox sərfəli təklif alıb. Kabo-Verde yığmasının üzvünün son vaxtlar zəif təsir bağışlamasının səbəbi də budur.


«Çelsi» ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir

Mənbə axar.az

Oxşar Xəbərlər