İdman
"Bavariya" fransalı müdafiəçi ilə yeni anlaşma imzaladı
Almaniya Bundesliqasının flaqmanı "Bavariya" öz müdafiəçisi Dayot Upamekano ilə əməkdaşlıq müddətini rəsmən uzadıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Münhen klubunun rəsmi mətbuat xidməti tərəfindən açıqlama verilib. Qeyd olunub ki, 27 yaşlı Fransa millisinin üzvü ilə imzalanan yeni anlaşma 2030-cu ilin yay fəslinə qədər qüvvədə olacaq. Xatırladaq ki, Upamekano 2021-ci ildən bəri Münhen komandasının şərəfini qoruyur.
Mənbə
oxu.az