İdman

İngiltərə Premyer Liqası: Yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşdi

13 Feb 2026, 17:32 1 baxış
İngiltərə Premyer Liqası: Yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşdi
İngiltərə Premyer Liqasında ilin ilk ayının ən yaxşı futbolçusunun adı açıqlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə liqanın mətbuat xidməti bəyanat yayıb. Sözügedən mükafata "Brentford" klubunun hücum xəttində çıxış edən İqor Tyaqo sahib çıxıb. Braziliyalı hücumçu ekspertlərin və fanatların səsverməsi nəticəsində qalib elan edilib. Xatırladaq ki, 24 yaşlı oyunçu yanvar ayı ərzində İngiltərə çempionatında meydana çıxdığı 5 qarşılaşmada rəqib qapılarına 5 dəfə yol tapmaqla fərqlənib.
İngiltərə Premyer Liqası: Yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşdi
Mənbə oxu.az

Oxşar Xəbərlər