İdman
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyun təqvimi açıqlandı
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi qarşılaşmaların vaxtı məlum olub. Oxu.Az UEFA-nın rəsmi internet səhifəsində yer alan məlumata əsasən bildirir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda D Liqasındakı çıxışına sentyabrın 27-də Litva ilə səfər oyunu ilə start verəcək. Yığmamızın 2-ci qrupdakı son oyunu isə Lixtenşteynə qarşı səfərdə baş tutacaq. UEFA Millətlər Liqası D Liqası, 2-ci qrup 27 sentyabr 18:00. Litva - Azərbaycan 1 oktyabr 21:00. Azərbaycan - Lixtenşteyn 4 oktyabr 18:00. Azərbaycan - Litva 13 noyabr 23:45. Lixtenşteyn - Azərbaycan
Mənbə
oxu.az