İdman
"Qarabağ" Avropa Liqasından büdcəsinə milyonlar əlavə etdi
"Qarabağ"ın geridə qalan mövsümdə UEFA Avropa Liqasındakı iştirakından qazandığı vəsaitin həcmi bəlli olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar UEFA-nın cari mövsümlə bağlı təqdim etdiyi rəsmi maliyyə hesabatında yer alıb. Ölkə çempionu Avropa Liqasının əsas mərhələsindəki çıxışına görə büdcəsinə ümumilikdə 7 milyon 858 min avro əlavə edib. Həmin məbləğin 4 milyon 310 min avrosu komandanın turnirin liqa mərhələsinə vəsiqə qazanması qarşılığında ödənilib. Marketinq və yayım hüquqlarından gəlirlər 3 milyon 15 min avro olub. "Qarabağ" əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun reytinq sıralamasına əsasən isə 75 min avro qazanıb.
Mənbə
oxu.az