İdman

"Qarabağ" Çempionlar Liqasının ötən mövsümündə nə qədər qazanıb?

13 Feb 2026, 12:00 1 baxış
"Qarabağ" Çempionlar Liqasının ötən mövsümündə nə qədər qazanıb?
Avropa futbol qurumu 2024/2025 mövsümü çərçivəsində Çempionlar Liqasında iştirak edən komandaların maliyyə gəlirlərini ictimaiyyətə təqdim edib. Oxu.Az xəbər verir ki, sözügedən rəqəmlər UEFA tərəfindən cari mövsüm üçün hazırlanan rəsmi maliyyə hesabatında öz əksini tapıb. Qitənin ən nüfuzlu klub turnirinin ötən mövsümkü pley-off mərhələsində iştirakını dayandıran Ağdamın "Qarabağ" klubunun da gəliri müəyyənləşib. Sənədə istinadən, Azərbaycan çempionu büdcəsinə 4 milyon 290 min avro vəsait əlavə edib. Həmin vəsait komandaya təsnifat mərhələlərindəki iştirakı və göstərdiyi nəticələrə əsasən ödənilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər