İdman
İspaniya Kuboku: "Atletiko Madrid" "Barselona"nı böyük hesabla məğlub etdi
İspaniya Kubokunun yarımfinal mərhələsinin "Atletiko Madrid" - "Barselona" matçı keçirilib. Oxu.Az xəbər verir ki, qarşılaşma Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Madridlilər katalonların qapısından dörd cavabsız top keçiriblər - 4:0. Oyunun 86-cı dəqiqəsində Erik Qarsiya qırmızı vərəqə alaraq "Barselona"nı azlıqda qoyub. Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 3-də baş tutacaq. Bu cütün qalibi "Atletik Bilbao" - "Real Sosyedad" (ilk oyun 0:1) cütünün qalibi ilə finalda üz-üzə gələcək.
Mənbə
oxu.az