İdman

Azər İsmayıl: "Qarabağ"ın oyunçuları çox gərgindirlər"

12 Feb 2026, 22:00 1 baxış
Azər İsmayıl: "Qarabağ"ın oyunçuları çox gərgindirlər"
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında idman jurnalisti Azər İsmayılla futbol üzrə Azərbaycan Premyer Liqasının son turu barədə fikir mübadiləsi aparılıb.
Azər İsmayıl ölkə çempionatının 19-cu turunda çıxış edən komandaların oyunlarını dəyərləndirib. Onun sözlərinə görə, "Qarabağ"ın oyunçuları çox gərgindirlər: "Final fitindən sonra Ağdam klubunun oyunçuları bir araya gəlib qələbə üçün and içdilər. Bu o deməkdir ki, komanda çox gərgin və narahatdır. Təqvim çox sıxdır, heç kim güzəşt etmək istəmir. Müşahidələrimizə əsasən deyə bilərik ki, klub stresli dönəmlərdə uğursuz ola bilir". Jurnalist həmçinin "Neftçi"nin hədəfləri barədə də fikirlərini bölüşüb: "Bu mövsüm "Neftçi" avrokuboklarda oynamalıdır. Baş məşqçinin qarşısına belə bir hədəfin qoyulması vacibdir. Komandada müəyyən toxunuşlar edilsə, məncə, "Neftçi" avrokuboklarda oynayacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər