İdman
"Trabzonspor" - "Fənərbağça" derbisinin hakimi açıqlandı
Türkiyə Superliqasının 22-ci həftəsində baş tutacaq "Trabzonspor" və "Fənərbağça" arasındakı qarşılaşmanı idarə edəcək baş hakim müəyyənləşib. Oxu.Az-ın məlumatına görə, turun ən maraqlı qarşılaşmasını FIFA referisi Halil Umut Meler idarə edəcək. Xatırladaq ki, fevralın 14-nə təyin edilmiş oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Mənbə
oxu.az