İdman

FIFA Şahruddin Məhəmmədəliyevin sabiq klubuna AĞIR CƏZA VERDİ

12 Feb 2026, 16:12 1 baxış
FIFA Şahruddin Məhəmmədəliyevin sabiq klubuna AĞIR CƏZA VERDİ
FIFA İntizam Komitəsi Türkiyənin 1-ci Liqa təmsilçisi "Adana Dəmirspor"a 12 xal silmə cəzası verib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, komitə klub barədə iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi qərarını qəbul edib. Komanda hazırda liqada mənfi 40 xalla sonuncu pillədə qərarlaşıb. Xatırladaq ki, millimizin futbolçusu Şahruddin Məhəmmədəliyev 2023/24 mövsümündə "Adana Dəmirspor"da oynayıb. Adana klubu Ş.Məhəmmədəliyevə ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Milli üzvü müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər