İdman

İngiltərə Premyer Liqası: "Mançester Siti"dən inamlı qalibiyyət

12 Feb 2026, 01:30 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Siti"dən inamlı qalibiyyət
İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti" - "Fulhem" matçı keçirilib. Oxu.Az xəbər verir ki, "Etihad" stadionunda baş tutan matç "şəhərlilər"in inamlı qələbəsi ilə yekunlaşıb.
Pep Qvardiolanın yetirmələri rəqib qapısından üç cavabsız top keçiriblər - 3:0 Aktivində 53 xal olan "Mançester Siti" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Fulhem" 34 xalla 12-ci yerdədir. Turnir cədvəlinə 56 xalla "Arsenal" başçılıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər