İdman

KİV: İspaniya nəhəngləri "Tottenhem"in müdafəçisi üçün yarışacaqlar

11 Feb 2026, 23:08 1 baxış
KİV: İspaniya nəhəngləri "Tottenhem"in müdafəçisi üçün yarışacaqlar
İspaniyanın "Real Madrid" və "Barselona" futbol klubları "Tottenhem"in (İngiltərə) argentinalı müdafiəçisi Kristian Romeronun transferində maraqlıdırlar. Oxu.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, İspaniya nəhəngləri yay transfer pəncərəsində 27 yaşlı müdafiəçinin transferi üçün yarışacaqlar. Məlumata görə, "Atletiko Madrid" klubu da Romeronun transferi üçün çalışır. Qeyd edək ki, "Tottenhem"in 2022-ci ildə heyətinə qatdığı Romeronun müqaviləsi 2029-cu ilin yayında başa çatır.
KİV: İspaniya nəhəngləri "Tottenhem"in müdafəçisi üçün yarışacaqlar
Mənbə oxu.az

Oxşar Xəbərlər