İdman

Qış Olimpiya Oyunlarında qalib gələn idmançılara ən çox pul ödəyən ölkələr açıqlanıb

11 Feb 2026, 17:28 1 baxış
Qış Olimpiya Oyunlarında qalib gələn idmançılara ən çox pul ödəyən ölkələr açıqlanıb
Sinqapur 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarında qızıl medal qazanan atletlərə veriləcək mükafat məbləğinə görə dünya lideri olub. Oxu.Az xəbər verir ki, bu statistika ilə bağlı "USA Today" nəşri məlumat paylaşıb. İtaliyadakı oyunlarda Sinqapuru yeganə idmançı - dağ xizəkçisi Faiz Başa təmsil edəcək. O, birinci yeri tutacağı halda 788 000 dollar məbləğində mükafat əldə edəcək. Çempionlara ödəniləcək vəsaitin həcminə görə növbəti yerləri Honkonq (qızıl medala görə 767 000 dollar), İtaliya (213 000 dollar), Polşa (211 000 dollar) və Sloveniya (162 000 dollar) tutur. Potensial qaliblər üçün ən aşağı bonuslar isə Yeni Zelandiya (3 000 dollar), Avstraliya (14 000 dollar), Danimarka (15 000 dollar), Kanada (18 000 dollar), Avstriya (23 000 dollar), Niderland (35 000 dollar), Almaniya (35 000 dollar) və ABŞ (37 000 dollar) tərəfindən müəyyən edilib. Xatırladaq ki, XXV Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər