İdman

Hakimi itələyən baş məşqçiyə ağır cəza - Video

11 Feb 2026, 15:55 1 baxış
Hakimi itələyən baş məşqçiyə ağır cəza - Video

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Axar.az xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar verilib.


“Sabah”-“Qəbələ” oyununa qonaqlar təyin edilmiş vaxtdan gec gəldiyindən, xəbərdarlıq edilib.


“Kəpəz”lər görüşün 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alıb. Buna görə, məşqçi 1 oyunluq cəzalanıb, klub 2500 manat cərimə ilə üzləşib.


Qarşılaşmanın 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alıb və ardından hakimləri təhqir edib. Bu isə Berdiyevin 4 oyunluq diskvalifikasiyasına və “Turan Tovuz”un 10000 manat cərimələnməsinə səbəb olub.

Mənbə axar.az

Oxşar Xəbərlər