İdman

"Qarabağ" bolqarıstanlı futbolçunu transfer etmək istəyir

07 Jan 2026, 20:16 1 baxış
"Qarabağ" bolqarıstanlı futbolçunu transfer etmək istəyir
"Slaviya"nın 19 yaşlı bolqarıstanlı cinah oyunçusu Kristian Balov "Qarabağ"ın diqqətini cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Məlumata görə, Balovun klubla müqaviləsi 2027-ci ilin yayına qədər olsa da bir sıra Avropa klubları gənc oyunçunu hədəfə alıblar. "Köhlən atlar"la yanaşı, "Anderlext", "Trabzonspor", "Rakov" və "Ludogorets" də Balovla maraqlanırlar. Sonuncu hətta oyunçu üçün təklif belə irəli sürüb, lakin "Slaviya" bu təklifi rədd edib. Belə ki, klub Balovu 2 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil. Halbuki "Transfermarkt" onun hazırkı bazar dəyərini 500 000 avro olaraq qiymətləndirir. Qeyd edək ki, cinah oyunçusu Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasında yeddi oyun keçirib. 2025/2026 mövsümündə o, EFBE Liqasının iki oyununda üç qol vurub və üç məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər