İdman

İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU

30 Sep 2026, 07:00 4 baxış
İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU
1997-ci ildə Belçikanın Hasselt şəhərində dünyaya gələn Maks Ferstappen bu gün 29 yaşını qeyd edir. Uşaqlıqdan atasının, keçmiş "Formula-1" pilotu Yos Ferstappenin yolunu davam etdirən niderlandlı sürücü illər ərzində "Formula-1" tarixinin ən uğurlu pilotlarından birinə çevrilib. Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Maks Ferstappen "Formula-1" karyerasının əvvəlindən çempionluğa uzanan yolundan bəhs edirik. Hazırda dördqat dünya çempionu olan Ferstappenin hekayəsi yalnız qazandığı titullardan ibarət deyil. Onun "Formula-1"dəki ilk illəri mübahisələr, riskli ötmələr, komandadaxili gərginliklər və rekordlarla yadda qalıb. Bir vaxtlar 17 yaşında "Formula-1"ə gətirilməsi böyük müzakirələrə səbəb olan pilot sonradan ən möhtəşəm karyeralardan birinə imza atıb. Atasının yarımçıq qalan hekayəsi Maksın "Formula-1"ə gedən yolu əslində atasının karyerası ilə sıx bağlıdır. Yos Ferstappen 1994-2003-cü illərdə "Formula-1"də çıxış edib. O, müxtəlif komandaların heyətində 107 Qran-pridə iştirak edib və iki dəfə podiuma yüksəlib. Maks isə hələ uşaq yaşlarından kartinqə başlayıb. Onun istedadı erkən yaşlarda özünü göstərib və qısa müddətdə müxtəlif kartinq kateqoriyalarında yarışaraq titullar qazanıb. 2014-cü ildə 16 yaşında olarkən "Red Bull Junior Team"ə qoşulan Maksın qarşısında əsas məqsəd artıq aydın idi.
17 yaşında "Formula-1" sükanı 2015-ci ildə Maks Ferstappen "Toro Rosso" ilə "Formula-1"də debüt etdi. Cəmi 17 yaşında olan pilot həmin vaxt "Formula-1" tarixinin ən gənc sürücüsü idi. Onun yaşı və təcrübəsizliyi böyük müzakirələrə səbəb olsa da, Ferstappen ilk yarışlarından etibarən sürəti ilə diqqət çəkdi. İlk mövsümündə riskli ötmələri və aqressiv sürmə tərzi ilə seçilən Maks 49 xal toplayaraq mövsümü 12-ci pillədə başa vurdu. Komanda yoldaşı Karlos Sayns isə 18 xalla 15-ci oldu. Ferstappen həmin mövsümdə 49 ötmə ilə də diqqət çəkdi. Xüsusilə Felipe Nasrı Belçikada yüksək sürətlə keçməsi onun cəsarətinin simvollarından birinə çevrildi.
Komanda əmrini rədd etdi 2015-ci il Sinqapur Qran-prisində isə Maks komanda əmrinə tabe olmaması ilə gündəmə gəldi. "Toro Rosso" Saynsın önə keçməsinə şərait yaratmasını istəsə də, Ferstappen mövqeyini vermədi. Bu hadisə komanda daxilində gərginlik yaratdı. Lakin komandanın rəhbərliyi onun tərəfində dayandı. Maksın sürücülük üslubu həmin dövrdə həm heyranlıq, həm də tənqid doğururdu. Lakin məhz bu cəsarətli yanaşma sonradan onun əsas xüsusiyyətlərindən birinə çevrildi.
Kvyatın bəxtsizliyi, Maksın fürsəti 2016-cı il mövsümünün ilk yarışlarında "Red Bull"da Daniil Kvyat, "Toro Rosso"da isə Ferstappen çıxış edirdi. Rusiya Qran-prisində Kvyatın ilk dövrədə Sebastyan Fettellə yaşadığı insidentdən sonra "Red Bull" gözlənilməz qərar verdi. Helmut Marko Maksı komandaya çağıraraq ona Barselonada "Red Bull"la yarışacağını bildirdi. Beləliklə, 18 yaşlı Ferstappen "Red Bull"un əsas komandasına yüksəldi. İlk yarışında tarix yazdı Maks Ferstappen "Red Bull"la ilk yarışına 2016-cı ildə İspaniya Qran-prisində çıxdı və elə həmin yarışda qalib gəldi. 18 yaş 228 günlük Ferstappen "Formula-1" tarixinin ən gənc Qran-pri qalibi oldu. O, eyni zamanda, "Red Bull"un əsas komandasında ilk yarışında qalib gələn pilot kimi tarixə düşdü. Bu qələbə onun karyerasında yeni mərhələnin başlanğıcı idi.
Dünya çempionluğuna gedən yol 2017 və 2018-ci illərdə Ferstappen artıq "Red Bull"un əsas pilotlarından birinə çevrilmişdi. 2019-cu ildə "Red Bull" "Honda" mühərriklərinə keçdikdən sonra komanda daha da rəqabətədavamlı oldu və Maks həmin mövsümdə üç qələbə qazanaraq çempionatı üçüncü pillədə başa vurdu. 2020-ci ildə də üçüncü olan Ferstappen 2021-ci ildə, nəhayət, əsas hədəfinə çatdı. Lyuis Hemiltonla bütün mövsüm davam edən mübarizənin ardından Maks Abu-Dabidə keçirilən son yarışda dünya çempionu oldu. Beləliklə, 24 yaşlı Ferstappen Niderland tarixinin ilk "Formula-1" dünya çempionu oldu.
İkinci titul və rekord mövsüm 2022-ci ildə Ferstappen titulunu qorudu. O, həmin mövsümdə 22 yarışdan 15-də qalib gəldi və 454 xal topladı. Bu nəticə bir mövsümdə toplanan xal sayına görə həmin dövr üçün yeni rekord idi. Lakin bütün bunlar 2023-cü ildə baş verəcək hadisələrin yanında belə kiçik görünəcəkdi. 2023 - rekordların mövsümü 2023-cü il Maks Ferstappenin karyerasının ən dominant mövsümlərindən biri oldu. Niderlandlı pilot 22 yarışın 19-da qalib gəldi. O, ardıcıl 10 yarış qazanaraq "Formula-1" tarixində yeni rekord müəyyənləşdirdi. Ferstappen mövsümü 575 xalla başa vurdu. Bu da bir mövsümdə pilot tərəfindən toplanan ən yüksək xal göstəricisidir. Bundan başqa, o, həmin il 1 003 dövrəni lider tamamladı, titulunu ikinci pillədəki Serxio Peresdən 290 xal üstünlüklə qazandı və bir mövsümdə ən çox qələbə, ən çox xal və ardıcıl ən çox qələbə kimi bir sıra rekordlara imza atdı. 22 yarışdan 19-da qalib gəlməsi o demək idi ki, Ferstappen mövsümün 86.3 faizində finiş xəttini birinci keçmişdi.
Dördqat dünya çempionu 2024-cü il isə əvvəlki mövsüm qədər rahat keçmədi. "Red Bull"un üstünlüyü azaldı, "McLaren", "Ferrari" və "Mercedes" mübarizəyə daha ciddi şəkildə qoşuldu. Buna baxmayaraq, Ferstappen mövsümün sonunda 437 xal toplayaraq ardıcıl dördüncü dünya çempionluğunu qazandı. Beləliklə, o, "Formula-1" tarixində dörd çempionluq qazanan pilotlar sırasına qoşuldu. Üstəlik, bu titulların hamısını ardıcıl dörd mövsümdə əldə etdi. 2025 - beşinci titulun iki xal yaxınlığında 2025-ci ildə isə Ferstappen üçün vəziyyət tamamilə dəyişdi. "Red Bull" "McLaren"lə müqayisədə sürət baxımından geridə qaldı və Maks mövsümün ilk 15 yarışında cəmi iki qələbə qazandı. Lakin mövsümün ikinci hissəsində möhtəşəm geri dönüş edən niderlandlı sürücü böyük xal fərqini aradan qaldırdı. O, mövsümün son doqquz yarışının altısında qalib gəldi və beşinci dünya çempionluğu uğrunda mübarizəni son yarışa qədər davam etdirdi. Sonda isə tituldan cəmi iki xal geri qaldı.
"Formula-1"də artıq əfsanələr sırasındadır Ferstappen 2026-cı ilə də "Red Bull"un əsas pilotu kimi başlayıb. O, cari il komanda ilə müqaviləsini 2030-cu ilin sonunadək uzadıb. Hazırda onun karyerasında 4 dünya çempionluğu, 71 Qran-pri qələbəsi, 134 podium və 48 poul var.
Atasının yolu ilə getdi, amma öz tarixini özü yazdı 17 yaşında "Formula-1"ə gələndə onun yaşına görə müzakirə olunan Maks Ferstappen illər sonra artıq bu idmanın rekordlarını dəyişən pilotlardan birinə çevrilib. Bir vaxtlar atasının yarımçıq qalan "Formula-1" hekayəsini davam etdirmək üçün sükan arxasına keçən 17 yaşlı uşaq bu gün dördqat dünya çempionudur.
İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU İdmandan kənar: Atasının yarımçıq xəyalını gerçəkləşdirən DÖRDQAT DÜNYA ÇEMPİONU
Mənbə oxu.az

Oxşar Xəbərlər