Cəmiyyət

Şəhid bacısı: "Bu günü çox səbirsizliklə gözləyirdim"

30 Sep 2026, 06:49 4 baxış
Şəhid bacısı: "Bu günü çox səbirsizliklə gözləyirdim"
"Xocalı işğal olunanda 22 yaşım var idi. Mən o vaxt əsir götürülmüşdüm. Min bir işgəncələrə məruz qaldım. Şükürlər olsun bu günə ki, doğma Xocalıma qayıdıram". Oxu.Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Xocalıya qayıdan məcburi köçkün Göyçək Abbasova deyib. O bildirib ki, hazırda doğma yurduna övladları və nəvələri ilə qayıdır: "Xocalıda ailəmizdən üç nəfər şəhid olub, şəhid bacısıyam. Bu günü çox səbirsizliklə gözləyirdim. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Allah Prezidentimizi qorusun. Onların sayəsində elimə-obama qayıdıram".
Mənbə oxu.az

Oxşar Xəbərlər