Dünya

Dünyada ən çox qəhvə içən ölkələr AÇIQLANDI - SİYAHI

30 Sep 2026, 06:04 3 baxış
Dünyada ən çox qəhvə içən ölkələr AÇIQLANDI - SİYAHI
ABŞ və Braziliya dünyada qəhvə istehlakına görə birinci və ikinci yerlərini qoruyub saxlayıblar. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) məlumatında bildirilir. Qəhvə ili ərzində (2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək) dünya bazarında istehlak azalaraq 180,6 milyon kisəyə düşüb. Bir il əvvəl bu göstərici 182,2 milyon kisə təşkil edib. Mütləq lider 24,6 milyon kisə göstəricisi ilə ABŞ-dir. Braziliya isə 23,5 milyon kisə ilə ondan geri qalır. Sonrakı yerləri Almaniya (9,59 milyon), Yaponiya (6,25 milyon), İndoneziya (6,04 milyon), İtaliya (5,85 milyon) və Fransa (5,84 milyon) tutur. İlk onluğu Çin (5,42 milyon), Vyetnam (5,2 milyon) və Rusiya (4,37 milyon) tamamlayır. 2020-ci ildən bəri qəhvə istehlakını ən çox artıran ölkələr Çin (+13,8%) və Vyetnam (+5,5%) olub. Bununla belə, adambaşına düşən qəhvə istehlakına görə Lüksemburq öndədir - ildə 19,85 kiloqram. Sonrakı yerlərdə Maldiv adaları (14,4 kq), Finlandiya (9,58 kq), Andorra (8,67 kq) və Norveç (8,18 kq) qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər