İdman

Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı - VİDEO

30 Sep 2026, 00:40 3 baxış
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı - VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində Çexiya millisi doğma meydanda İngiltərə yığmasını qəbul edib. Oxu.Az xəbər verir ki, A Liqasının III qrupunda Praqa şəhərində keçirilən matçda ev sahibləri məğlubiyyətə uğrayıblar - 0:2.

İngilislərin qələbə qollarının müəllifləri Entoni Qordon (47-ci dəqiqə) və Harri Keyn (69) olublar. Qeyd edək ki, Pavel Şults 25-ci dəqiqədə qırmızı vərəqə alaraq Çexiya millisini azlıqda qoyub. Qrupdakı iki oyundan sonra İngiltərə millisinin 3 xalı var, Çexiya millisi isə hələ də xal toplaya bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər