Dünya
Çindən dronlarla bağlı DÜNYA REKORDU
Çin hovuzda keçirilən sınaq zamanı eyni vaxtda buraxılan sualtı dronların sayına görə dünya rekordu müəyyənləşdirib. Oxu.Az "South China Morning Post" (SCMP) qəzetinə istinadən xəbər verir ki, Çin komandası eyni vaxtda işləyən avtonom sualtı dronların sayına görə dünya rekorduna imza atıb. Sınaq zamanı 100-dən çox kiçik robot suya buraxılıb. Rekordu Şimal-Qərb Politexniki Universitetinin komandası müəyyənləşdirib. Bu nailiyyət, həmçinin "eyni vaxtda işləyən sualtı aparatların ən çox sayı" kateqoriyasında "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. Sınaq zamanı 116 ədəd "TH-618" avtonom sualtı aparatından istifadə olunub. Onlar uzunluğu 50, eni isə 20 metr olan hovuzda işə salınıb. Dronlar 34 dəqiqə ərzində əvvəlcədən müəyyən edilmiş marşrut üzrə, real vaxt rejimində əldə etdikləri məlumatlar əsasında avtonom şəkildə qrup halında sualtı naviqasiya həyata keçiriblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az