Cəmiyyət

35 il sonra Xocalıya qayıdan sakin: "Bundan gözəl xoşbəxtlik ola bilməz"

30 Sep 2026, 06:42 4 baxış
35 il sonra Xocalıya qayıdan sakin: "Bundan gözəl xoşbəxtlik ola bilməz"
"35 ildən sonra doğma Xocalıya qayıdıram. Bundan gözəl xoşbəxtlik ola bilməz". Oxu.Az-ın məlumatına görə, bunu növbəti köç karvanı ilə Xocalı şəhərinə qayıdan keçmiş məcburi köçkün Əli Abbasov deyib. O bildirib ki, Xocalıdan bir oğlu və bir qızı ilə köçkün düşüb: "Amma indi oğlum və nəvələrimlə qayıdıram. Qızım ailə qurduğu üçün Bakıda qalır. Amma oğlum və nəvələrimlə gedirəm. Allah Prezidentimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların sayəsində bu günü gördük".
Mənbə oxu.az

Oxşar Xəbərlər