İdman

İspaniya - Xorvatiya matçında beş qol vuruldu

30 Sep 2026, 00:50 3 baxış
İspaniya - Xorvatiya matçında beş qol vuruldu
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçirilib. Oxu.Az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutub. Günün mərkəzi oyunu A Liqasının III qrupunda İspaniya və Xorvatiya milliləri arasında keçirilib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1. Qalib komandanın heyətində Lamin Yamal (2 və 63-cü dəqiqələr), Mark Pubil (31) və Niko Uilyams (89) fərqləniblər. Xorvatların təsəlli qoluna isə Dion Belye (28) imza atıb. Bu nəticə ilə İspaniya qrupda keçirdiyi iki oyunda maksimum xal toplayıb - 6. Xorvatiyanın hesabında isə 3 xal var. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: A Liqası, III qrup Çexiya - İngiltərə - 0:2. B Liqası, I qrup Şotlandiya - İsveçrə - 0:3; Sloveniya - Şimali Makedoniya - 2:0. C Liqası, I qrup Finlandiya - Belarus - 0:0; San-Marino - Albaniya - 0:3. C Liqası, III qrup Moldova - Farer adaları - 1:1; Slovakiya - Qazaxıstan - 2:1. C Liqası, IV qrup Bolqarıstan - Estoniya - 0:0; Lüksemburq - İslandiya - 0:3.
Mənbə oxu.az

Oxşar Xəbərlər