İdman

Güləş üzrə Azərbaycan çempionatında ilk günün finalçıları müəyyənləşib

07 Jan 2026, 20:30 1 baxış
Güləş üzrə Azərbaycan çempionatında ilk günün finalçıları müəyyənləşib
Güləş üzrə Azərbaycan çempionatına start verilib. Oxu.Az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşib. Həlledici mərhələyə yüksələn idmançılar 55, 63, 72, 82, 97 kq çəki dərəcələrində mübarizə aparıblar. 55 kq Elmir Əliyev (Neftçi) - Rəşad Məmmədov ("Neftçi", Şəmkir) 63 kq Ziya Babaşov (Neftçi) - Sakit Quliyev (Neftçi) 72 kq Fəraim Mustafayev (Neftçi) - Xalid Həsənov (Neftçi) 82 kq Elmin Əliyev (MOİK Lənkəran) - Tuncay Vəzirzadə (Neftçi) 97 kq Məhəmməd Əhmədiyev (Neftçi) - Murad Əhmədiyev (Neftçi) Qeyd edək ki, sabah bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək. Çempionatın açılış mərasimi 17:00-da başlayacaq.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər