İdman

Bakıdakı dünya çempionatında yarışan amerikalı idmançı sərt cəzalandı

07 Jan 2026, 16:24 5 baxış
Bakıdakı dünya çempionatında yarışan amerikalı idmançı sərt cəzalandı
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ABŞ-nin qol güləşi üzrə idmançısı Timoti Levisi cəzalandırıb. Bu barədə Oxu.Az-a AMADA-dan məlumat verilib. Levisin 2025-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatı zamanı verdiyi nümunəsində qadağan edilmiş maddə (S1. Anabolik Androgenik Steroidlər (AAS)/ 19-norandrosterone; S1. Anabolik Androgenik Steroidlər (AAS)/ trenbolon metaboliti epitrenbolon) aşkarlanıb. O, üç il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Levisin cəza müddəti 2028-ci ilin dekabrın 5-də başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər