İdman

"Sabah"ın özbəkistanlı futbolçu üçün "Rubin"ə ödədiyi məbləğ BƏLLİ OLDU

07 Jan 2026, 12:48 1 baxış
"Sabah"ın özbəkistanlı futbolçu üçün "Rubin"ə ödədiyi məbləğ BƏLLİ OLDU
"Sabah" klubunun Rusiyanın "Rubin" komandasından Umarali Raxmonaliyevin transferi üçün ödədiyi məbləğ məlum olub. Oxu.Az realnoevremya.ru-ya istinadla xəbər verir ki, "Rubin" klubu futbolçunun satışından 400 min avro qazanıb. 22 yaşlı yarımmüdafiəçi "Sabah"la 2028-ci ilin dekabr ayının sonuna qədər müqavilə imzalayıb Qeyd edək ki, Raxmonaliyev Kazan komandasına 2023-cü ilin yanvar ayında Özbəkistanın "Bunyodkor" klubundan azad agent kimi qoşulub. O bu müddət ərzində 23 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər