İdman
PSJ-nin əfsanəvi məşqçisi vəfat etdi
Fransanın PSJ futbol klubunun ilk məşqçilərindən olan Robert Vikot 94 yaşında vəfat edib. Oxu.Az Tribuna.com-a istinadən xəbər verir ki, Vikot 1970-ci illərin əvvəllərində paytaxt təmsilçisinin formalaşma illərində əsas rol oynayıb. O, 1972-75-ci illər arasında PSJ-ni çalışdırıb. Vikot klubun üçüncü diviziondan birinci diviziona qədər yüksəlməsində xüsusi rol oynayıb. Onun klubdakı işi PSJ-nin uzunmüddətli inkişafı üçün mühüm təməl hesab olunur.
Mənbə
oxu.az