İdman
"Mançester Siti" gənc yarımmüdafiəçini 75 milyon avroya transfer etdi
"Mançester Siti" "Bornmut" klubundan yarımmüdafiəçi Antuan Semenyonu transfer edib. Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Məlumata görə, bu transfer "şəhərlilərə" 75 milyon avroya başa gəlib. Gənc yarımmüdafiəçi Pep Qvardiolanın rəhbərliyi altında oynamaq üçün dörd Premyer Liqa klubunun təklifini rədd edib. Antuan Semenyo cari mövsümdə "Bornmut"un heyətində 19 oyunda iştirak edib, doqquz qol vurub və üç məhsuldar ötürmə edib.
Mənbə
oxu.az