İdman

Basketbol Çempionlar Liqasının matçı yeddi dəqiqə çəkdi, komanda iki oyunçu ilə qaldı

07 Jan 2026, 04:40 1 baxış
Basketbol Çempionlar Liqasının matçı yeddi dəqiqə çəkdi, komanda iki oyunçu ilə qaldı
İsrailin "Hapoel" (Holon) və İtaliyanın "Trapani Şark" klubu arasında keçirilən Basketbol Çempionlar Liqasının pley-in raundu matçı cəmi yeddi dəqiqə davam edib. Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb. Ciddi maliyyə problemləri yaşayan İtaliya klubu İsrailə cəmi beş oyunçu gətirib. Oyunun başlamasından az sonra onlardan üçü meydanı tərk ediblər və "Trapani" yalnız iki oyunçu ilə qalıb. Beləliklə də, ilk hissənin bitməsinə 3 dəqiqə 6 saniyə qalmış oyun dayandırılıb və "Hapoel" 38-5 hesablı qələbə qazanıb. Cavab matçı yanvarın 8-nə planlaşdırılıb. Qalib komanda 1/8 finala vəsiqə qazanacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər