İdman

“Fənərbağça” qələbə qazanaraq “Qalatasaray”a rəqib oldu

06 Jan 2026, 23:51 1 baxış
“Fənərbağça” qələbə qazanaraq “Qalatasaray”a rəqib oldu

Türkiyə Superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu “Fənərbağça” və “Samsunspor” komandaları arasında keçirilib.


Axar.az xəbər verir ki, “Yeni Adana” stadionunda reallaşan qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Matçda hesabı 4-cü dəqiqədə Kərəm Aktürkoğlu açıb. 67-ci dəqiqədə isə Con Duran fərqi artırıb.


Samsunluların yarımmüdafiəçisi Antuan Makumbu 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.


Bununla da “Fənərbağça” Superkubokun həlledici oyununda “Qalatasaray”a rəqib olub.


Final qarşılaşması yanvarın 10-da təşkil olunacaq.


Qeyd edək ki, “Qalatasaray” yanvarın 5-də “Trabzonspor” üzərində inamlı qələbə qazanmışdı - 4:1.

Mənbə axar.az

Oxşar Xəbərlər