İdman
Conco Şelvi Arda Turanı dəli adlandırıb: "O, viskiyə çox bağlı idi"
"Arda Turan qeyri-adi xarakterə malik idi". Oxu.Az xəbər verir ki, bu sözləri keçən mövsüm Arda Turanın rəhbərliyi altında Türkiyənin "Eyüpspor" klubunda forma geyinən ingilis futbolçu Conco Şelvi deyib. O, keçmiş məşqçisini dəli adlandırıb: "Arda Turan qeyri-adi xarakterə malik dəli idi. Ofisinə girəndə "Con, səni sevirəm, səndə viski var?" - deyə soruşurdu. Ayaqları masanın üstündə, məşqdən sonra siqar çəkirdi və viski içirdi. O, viskiyə çox bağlı idi". Qeyd edək ki, Conco Şelvi İngiltərədə "Liverpul", "Nyukasl Yunayted" və "Nottingem Forest", Türkiyə Superliqasında isə "Çaykur Rizespor" və "Eyüpspor" klublarında çıxış edib.
Mənbə
oxu.az