İdman

AFFA şübhəli oyunla bağlı araşdırmaya başlayır

06 Jan 2026, 16:48 1 baxış
AFFA şübhəli oyunla bağlı araşdırmaya başlayır
AFFA rəhbərliyi Azərbaycan I Liqasının 12-ci turu çərçivəsində keçirilən "Səbail" - "Şimal" (3:4) oyunu ilə bağlı araşdırmalara başlayır. Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin autsayderə məğlubiyyəti şübhə doğurub. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, "Səbail" dörd qolu cəmi 17 dəqiqə ərzində buraxıb. Məsələ AFFA-nın müvafiq qurumları tərəfindən nəzarətə götürülüb, oyunun detalları araşdırılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər