İdman
Mayk Tayson sosial şəbəkədəki abunəliyini satdı
Keçmiş mütləq dünya çempionu, ABŞ-li boksçu Mayk Tayson "Instagram"da pula görə azarkeşlərindən birinə abunə olub. Oxu.Az "Goldin" şirkətinə istinadən xəbər verir ki, idmançı abunəliyini hərracda 3 000 dollara satıb. Abunəlik üçün pul ödəyən azarkeş, Taysonun abunə olduğu 300-cü şəxs olub. Qeyd edək ki, Taysonun 2026-cı ildə Floyd Meyvezerə qarşı nümayiş döyüşünə çıxacağı gözlənilir.
Mənbə
oxu.az