İdman
Türkiyə Superkuboku: Növbəti finalçı bəlli olur
Bu gün Türkiyə Superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, Yeni Adana stadionunda keçiriləcək "Fənərbağça" - "Samsunspor" oyununa Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Qeyd edək ki, bu mərhələnin ilk oyununda "Qalatasaray" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Qeyd edək ki, finala çıxan komandalar yanvarın 10-da Atatürk Olimpiya Stadionunda qarşılaşacaqlar. 5 yanvar Türkiyə Superkuboku Saat 21:30, "Fənərbağça" - "Samsunspor".
Mənbə
oxu.az