İdman

"Sabah" klubu özbəkistanlı futbolçunu "Rubin"dən transfer etdi

06 Jan 2026, 12:56 1 baxış
"Sabah" klubu özbəkistanlı futbolçunu "Rubin"dən transfer etdi
"Sabah" klubu futbolçu Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib. Bu barədə Oxu.Az-a paytaxt təmsilçisindən məlumat verilib. Bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın "Rubin" klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. 22 yaşlı yarımmüdafiəçi ilə yeni, üçillik müqavilə imzalanıb. Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvarından "Sabah"ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və üç qola imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər