İdman

FIDE-nin vacib turnirində Azərbaycandan heç kim iştirak etməyəcək

06 Jan 2026, 10:36 1 baxış
FIDE-nin vacib turnirində Azərbaycandan heç kim iştirak etməyəcək
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il Namizədlər Turnirinin iştirakçılarının siyahısını rəsmən təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə FIDE məlumat yayıb. Bildirilib ki, yarış martın 29-dan aprelin 15-dək Kiprin cənub-qərb sahilində Pafos yaxınlığındakı hoteldə keçiriləcək. Kişilər: Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi də ABŞ), Aniş Giri (Niderland), Mattias Blubaum (Almaniya), Vey İ (Çin), Javohir Sindarov (Özbəkistan), Rameşbabu Praqnanandha (Hindistan). Qadınlar: Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hər ikisi də Rusiya), Çju Sziner, Tan Çjunyi (hər ikisi də Çin), Divya Deşmux, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), Bibisara Asaubayeva (Qazaxıstan). İki turnir - (açıq) FIDE Namizədlər Turniri və FIDE Qadın Namizədlər Turniri yan-yana keçiriləcək. Tədbirin minimum mükafat fondu rekord həddə 1 000 000 avrodur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər