Dünya

Venesuelada prezident iqamətgahının yaxınlığında silah səsləri eşidilib

06 Jan 2026, 08:30 1 baxış
Venesuelada prezident iqamətgahının yaxınlığında silah səsləri eşidilib
Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında silah səsləri eşidilib. Oxu.Az-ın məlumatına görə, bu barədə "BNO News" portalı məlumat yayıb. Hadisənin səbəbləri məlum deyil. "Noticias Caracol" radiostansiyasının mənbələri ərazidəki dövlət qurumlarının təxliyə edildiyini bildirirlər. Qeyd olunub ki, dronlar ərazi üzərində uçub və ehtimal ki, hava hücumundan müdafiə sistemini işə düşüb. AFP-nin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, vəziyyət nəzarət altındadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər