İdman

Türkiyə Superkubokunda ilk finalçı bəlli oldu

06 Jan 2026, 00:52 1 baxış
Türkiyə Superkubokunda ilk finalçı bəlli oldu

Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçirilib.


Axar.az xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gəlib. Qaziantep Böyükşəhər Stadionunda təşkil edilən matçda rəqibini 4:1 hesabı ilə məğlub edən İstanbul klubu həlledici görüşə vəsiqə qazanıb.


"Qalatasaray"ın finaldakı rəqibi “Fənərbağça” - “Samsunspor” cütünün qalibi olacaq. Qarşılaşma yanvarın 6-da keçiriləcək.


Superkubok uğrunda final matçı isə yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər