Dünya
Parisdə Suriya-İsrail danışıqları başlayıb
Xarici işlər naziri Əsəd əş-Şeybaninin rəhbərlik etdiyi Suriya nümayəndə heyəti ABŞ-nin vasitəçiliyi ilə Parisdə başlamış İsraillə danışıqların altıncı raundunda iştirak edir. Oxu.Az bildirir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi SANA agentliyinə məlumat verib. İki gün davam edəcək danışıqlar İsrail və Suriya qüvvələrinin Colan təpələrində ayrılmalarına dair 1974-cü il razılaşmasının bərpa olunmasına yönəlib. Suriya tərəfi İsrail qoşunlarının 2024-cü ilin dekabrında tutduğu ərazilərdən çıxarılmasını tələb edir. İsrail nümayəndə heyətinə isə bu ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter rəhbərlik edir.
Mənbə
oxu.az