Dünya

Meksika prezidenti ölkədəki zorakılığa görə ABŞ-ni günahlandırdı

05 Jan 2026, 20:24 1 baxış
Meksika prezidenti ölkədəki zorakılığa görə ABŞ-ni günahlandırdı
Meksikadakı zorakılıq problemi əsasən ABŞ-dən qanunsuz silah idxalı ilə bağlıdır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Klaudia Şeynbaum mətbuat konfransında bildirib. "Ortaq məsuliyyət, hörmət və qarşılıqlı etimaddan danışarkən, ölkəmizdə yaşadığımız zorakılığın ABŞ-dən Meksikaya qanunsuz olaraq yüksək kalibrli silah idxalı nəticəsində baş verdiyini açıq şəkildə bildirmək lazımdır", - deyə dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, Meksikanın prioriteti zorakılığın azaldılması və öz ərazisində davamlı sülhün qurulmasıdır. Şeynbaum vurğulayıb ki, Meksika təhlükəsizlik problemlərinin güc tətbiqi ilə deyil, köklü səbəblərin - inkişaf, təhsil və sosial rifahla bağlı çətinliklərin həlli ilə aradan qaldırılmasının tərəfdarıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər