Dünya

ABŞ vitse-prezidentinin evinə hücum olub

05 Jan 2026, 18:06 1 baxış
ABŞ vitse-prezidentinin evinə hücum olub
Naməlum basqınçılar ABŞ-nin vitse-prezidenti C.D.Vensin Ohayo ştatındakı evinin pəncərələrini sındırıblar. Oxu.Az xəbər verir ki, məlumatı CNN yayıb. Faktla bağlı, araşdırma aparılır. Telekanal federal hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, bir nəfər həbs olunub.
CNN-in hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, şübhəli şəxs vitse-prezidentin evinə keçməyib. Yanvarın 5-nə keçən gecə baş verən hadisə zamanı vitse-prezident və ailəsi evdə olmayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər