İdman

"Yuventus" baş məşqçisi ilə müqaviləsini uzadır

05 Jan 2026, 17:34 1 baxış
"Yuventus" baş məşqçisi ilə müqaviləsini uzadır
"Yuventus" klubu baş məşqçisi ilə müqaviləsini uzatmaq istəyir. Oxu.Az Calciomercato.it-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Luçano Spalettinin işindən razıdır. Belə ki, onlar keçən ilin oktyabrından "Yuventus"u idarə edən italiyalı baş məşqçi ilə 2028-ci ilin yayına qədər müqavilə yeniləməyi düşünürlər. Qeyd edək ki, hazırda "Yuventus" İtaliya A seriyasında 33 xalla 4-cü yerdə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər