İdman

İngiltərə Premyer Liqasında oyun zamanı azarkeş stadionda vəfat edib

05 Jan 2026, 17:50 1 baxış
İngiltərə Premyer Liqasında oyun zamanı azarkeş stadionda vəfat edib
İngiltərə Premyer Liqasının 20-ci turunda keçirilən "Lids Yunayted" - "Mançester Yunayted" qarşılaşmasında faciəli hadisə yaşanıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Belə ki, "Lids Yunayted" azarkeşlərindən biri "Elland Road" stadionunda dünyasını dəyişib. Klub mərhumun ailəsinə və dostlarına başsağlığı verib. Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər