İdman
“Qalatasaray”ın sabiq futbolçusu klubsuz qaldı
Türkiyənin “Qaziantep” klubunun Badu Ndiaye ilə yollarını ayırıb.
Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, seneqallı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 35 yaşlı oyunçu 2024-cü ildən “Qaziantep”in formasını geyinirdi.
Xatırladaq ki, Badu Ndiaye vaxtilə “Qalatasaray”da çıxış edib.
Mənbə
axar.az