İdman

“İmarət”i bu şirkət inşa edəcək: 60 milyonluq müqavilə...

05 Jan 2026, 14:49 1 baxış
“İmarət”i bu şirkət inşa edəcək: 60 milyonluq müqavilə...

Gənclər və İdman Nazirliyinin “İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, nazirliyinin elan etdiyi tenderin qalibi “PMD Project” MMC olub.


Tərəflər arasında 60.506.659,56 AZN-lik sözləşmə imzalanıb.


Qeyd edək ki, “PMD Project” şirkətinin direktoru Nəriman Topçibaşevdir. O, 2021-ci ildən "PMD Projects" MMC-nin direktoru olaraq çalışır.


Şirkət “Zəfər Parkı”, Şuşa Məscidi, Ağdamda “İmarət” kompleksi və digər layihələri icra edib.

Mənbə axar.az

Oxşar Xəbərlər