İdman

Bu il Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək

05 Jan 2026, 12:42 1 baxış
Bu il Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək
2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Aprelin 2-8-i aralığında "Böyük İpək Yolu" turniri (böyüklər arasında) baş tutacaq. Mayın 2-8-də 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir keçiriləcək. Hər üç yarış Bakı Boks Mərkəzində təşkil olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər