Dünya

Gürcüstanda azərbaycanlı ata və oğulu güllələyən şəxsin GÖRÜNTÜLƏRİ

05 Jan 2026, 11:32 1 baxış
Gürcüstanda azərbaycanlı ata və oğulu güllələyən şəxsin GÖRÜNTÜLƏRİ
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insidentin bəzi təfərrüatı bəlli olub. Oxu.Az aktual.ge-yə istinadən xəbər verir ki, insidenti törədən şəxsin hadisə yerindən qaçmasının görüntüləri yayılıb. Təhlükəsizlik kameralarından əldə edilən görüntülərə görə, hadisəni törədən şəxsin gənc oğlan olduğu müəyyən edilib. Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.
Xatırladaq ki, hadisə dünən Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verib. Qızıl mağazasının sahibi olan Bayramovlar - ata Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib. Fotoda Sahib Bayramov
Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra evə buraxılıb, 26 yaşlı Sahib Bayramov isə xəstəxanada keçinib.
Gürcüstanda azərbaycanlı ata və oğulu güllələyən şəxsin GÖRÜNTÜLƏRİ
Mənbə oxu.az

Oxşar Xəbərlər