İdman
"Neftçi"nin yarımmüdafiəçisi Afrika Millətlər Kubokunda zədələndi
"Neftçi"nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda zədələnib. Oxu.Az Afrika mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Afrika Millətlər Kubokunun D qrupunda keçirilən Benin - Botsvana (1:0) matçında zədə alıb. Sessi Dalmeyda bu gün 1/8 finalda Misirə qarşı matçda meydanda olmayacaq. Dalmeydanın ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Mənbə
oxu.az